Payız fəsli Azərbaycana daxil oldu


Digərləri 23 Sen 2018 06:01:00 388 0

Payız fəsli Azərbaycana daxil oldu

Payız fəsli artıq Azərbaycana daxil olub.

Bakı. İlhamə İsabalayeva - Payız fəsli artıq Azərbaycana daxil olub. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, payız fəsli bu gün Bakı vaxtilə saat 05:54-də ölkəmizə daxil olub. Bu gün gecə və gündüz bərabərliyi baş verəcək - Sentyabrın 23-də sutka 12 saat olmaqla yarıya bölünür. Bununla da gecələr uzanır, gündüzlər isə qısalır.