Tereza Mey: ""Brexit" barədə danışıqlar düyünə düşüb"


Dünya 22 Sen 2018 23:30:00 302 0

Tereza Mey: ""Brexit" barədə danışıqlar düyünə düşüb"

Böyük Britaniyanın Baş naziri Tereza meyin fikrincə, "Brexit" - Böüyk Britaniyanın Avropa İttifaqının (Aİ) tərkibindən çıxması - barədə danışıqlar düyünə düşüb. Britaniya hökumətinin başçısı Aİ-nin Zalsburqda başa çatmış, "Brexit"ə hazırlıq məsələlərinin də müzakirə edildiyi qeyri-rəsmi sammitinin yekunları barədə xüsusi bəyanatla çıxış edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Mey Birləşmiş Krallıq ilə Avropa İttifaqı arasında gələcək qarşılıqlı ticarət münasibətlərinin formalaşması barədə Londonun təkliflərindən Brüsselin imtina etməsini qəbuledilməz adlandırıb. Mey, eyni zamanda, "Brexit"in sərt variantının tərəfdarı olmasını təsdiqləyib. "Pis saziş olmaqdansa, sazişin heç olmaması yaxşıdır", - deyən Tereza Mey vurğulayıb ki. o, Aİ-yə həmişə hörmət bəsləyib və Böyük Britaniyanın da özünə bu cür münasibət gözləməyə haqqı var.

Britaniya hökumətini başçısı öz ölkəsinin Aİ-dən çıxması məsələsinə dair keçirilmiş referendumu "ən böyük demokratik təcrübə" adlandırıb və bildirib ki, referendumun yekunlarına yenidən baxmaq niyyətində deyil, çünki bu, ölkəni parçalaya bilər.