Salyan sakini içərisində xeyli miqdarda pul olan pulqabısını itirib


Digərləri 22 Sen 2018 23:16:00 251 0

Salyan sakini içərisində xeyli miqdarda pul olan pulqabısını itirib

Salyan sakini içərisində ümumilikdə 3200 manat dəyərində Azərbaycan manatı, dollar və rubl olan pul kisəsini itirib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə Salyan şəhərində 1995-ci il təvəllüdlü yerli sakin Əsgərov Vüsal Arif oğlu marketdən çıxarkən baş verib.

O bildirib ki, gecə saatlarında alış-veriş üçün marketə gedib, bu zaman üzərində pul çox olduğundan, onun yarısını maşının qapısında yerləşən boşluğa qoyub. Geri qayıdıb qapını açdıqda isə, pulqabı yerə düşüb. O, pulqabının yerə düşdüyünü ərazidən uzaqlaşdıqdan bir qədər sonra, aptekə daxil olan zaman bilib. Lakin geri qayıtdıqda artıq gec olub.

Marketin müşahidə kameralarının qeydə aldığı görüntülər vasitəsi ilə yerə düşən pulqabını əraziyə gələn ağ rəngli "Mercedes" markalı avtomobilin içindəki şəxslərin götürdüyü müəyyənləşib.