Gəncə ilə qardaşlaşmış Varna şəhərində Azərbaycan mədəniyyəti nümayiş olunub FOTO)


Kriminal 22 Sen 2018 23:12:00 268 0

Gəncə ilə qardaşlaşmış Varna şəhərində Azərbaycan mədəniyyəti nümayiş olunub  FOTO)

Bolqarıstanın Varna şəhərinin İncəsənət Qalereyasında Azərbaycan səfirliyinin təşəbbüsü və Varna Şəhər Bələdiyyəsinin dəstəyi ilə "Bakı - qədimlik və müasirliyin harmoniyası" və "Qədim Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri" adlı fotosərgilər təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Varna şəhərinin merinin müavini Kosta Bazitov, meriyanın əməkdaşları, Qalereyanın rəhbərliyi, Varna şəhərinin mədəniyyət, incəsənət və media nümayəndələri, eləcə də şəhər sakinləri iştirak ediblər.

Sərginin açılışında çıxış edən səfir Nərgiz Qurbanova bu sərgilərin Azərbaycanın ikinci böyük şəhəri Gəncə ilə qardaşlaşmış Varna şəhərində açılmasının rəmzi məna daşıdığını bildirib və ötən il şəhərin Gəncədən "Avropa Gənclər Paytaxtı"nın açarlarını aldığını əlavə edib.

O, "Bakı - qədimlik və müasirliyin harmoniyası" adlı sərginin qədim tarix və zəngin mədəniyyətə malik paytaxtımızın cazibədarlığını görməyə imkan yaratdığını söyləyib. Səfir Bakının özünəməxsus obrazının ötən əsrin əvvəlində "neft bumu" dövründə Avropa və Şərq mədəniyyətlərinin birləşdirən unikal sintezin irsi olduğunu söyləyib.

Diplomat Bakı küçələrində insanın özünü ecazkar bir dövrdə xəyal etdiyini vurğulayıb və həmin dövrdə tikilmiş əsrarəngiz saraylar və iqamətgahların hələ də öz gözəllikləri ilə bir-biri ilə rəqabət apardığını qeyd edib.

N.Qurbanova dünyanın dəniz səviyyəsindən ən aşağıda yerləşən paytaxtı olan Bakının valehedici abidələri barədə məlumat verərək Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi barədə danışıb. O, 12-ci əsr dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin adını daşıyan muzey binasının 1918-1920-ci illərdə cari ildə 100 illik yubileyini qeyd etdiyimiz və müsəlman və türk dünyasında ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri tərəfindən istifadə olunduğunu xatırladıb.

Daha sonra qonaqlara Bakının digər tarixi və görməli yerləri olan Dənizkənarı Milli Park, İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalasını tanıdıb. O, Bakı bulvarının ev sahibliyi etdiyi Azərbaycan Xalça Muzeyindən, orta əsr Bakısının ətri duyulan İçərişəhər, 15-ci əsr memarlığının parlaq nümunələrindən olan Şirvanşahlar sarayı, Bakının ən çox sevilən rəmzlərindən hesab olunan Qız Qalasından və bu abidələrin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən bəhs edib.

N.Qurbanova sərginin həmçinin zəngin xristian irsi nümunəsində Azərbaycanın çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrini nümayiş etdirdiyinə diqqət çəkib. E.ə. 4-cü əsrdən eramızın 8-ci əsrinə qədər müasir Azərbaycan ərazisində mövcud olan Qafqaz Albaniyası barədə məlumat verən səfir burada xristianlığın eramızın 1-ci əsrindən etibarən yayılmağa başladığını, bu prosesin Kiş kəndinə gələrək burada kilsənin əsasını qoyan apostol Yeliseyin adı ilə bağlı olduğunu, eramızın 4-cü əsrində alban çarı Urnayrın dövründə xristianlığın dövlət dininə çevrildiyini vurğulayıb.


Xəbərə aid fotolar