Avropa və Asiyanın ortaq ruhu: Enerji içkiləri necə yarandı?


Digərləri 22 Sen 2018 22:58:00 370 0

Avropa və Asiyanın ortaq ruhu: Enerji içkiləri necə yarandı?

Son vaxtlar mətbuatda enerji içkiləri haqqında müxtəlif səpkili yazılar dərc olunmağa başlayıb. Bu da normaldır. Çünki son onillikdə alkoqolsuz içkilər bazarında güclü trendə çevrilmiş bu brendlərin mətbuatın gündəminə gəlməsindən təbii nə ola bilər?  Amma təbii olmayan məqamlar da var. 

Son.az "qaynarinfo"ya istinadən xəbər verir ki, bəzi hallarda enerji içkilərinin əleyhinə sistemli bir "qara piar"ın da aparıldığı müşahidə edilir. Sanki bu içkilərin Azərbaycan bazarına da tam oturuşması kimlərisə narahat edir. Bazarda süni ajiotajın yaradılması da narahatedici məqamdır. Hər şey ondan başladı ki...

Bir gün diş pastası istehsal edən məşhur "Blendax" firmasının 40 yaşlı marketinq direktoru Ditrix Mateşitsin Taylanda səfər etdi. Təyyarə ilə uzun səyahətdən sonra yorğunluq və əzginlik hiss edən Ditrixin nəzərlərini Bankqoqun küçələrində qəhvəyi qablarda satılan və az qala hamı tərəfindən alınan bir içki cəlb etdi. "Krating daeng" etiketi vurulmuş bu içkidən o da alıb içdi və özünü daha gümrah hiss etdiyinin fərqinə vardı. Bu vəziyyətdə istənilən dahi marketoloq nə etməliydisə, Ditrix də onu etdi. Öyrəndi ki, "Krating daeng" içkisini hansısa  "TC Pharmaceuticals" adlı bir şirkət istehsal edir və onun rəhbəri Çaleo adlı bir şəxsdir. Taylanddan kənarda hələ heç kimin tanımadığı bu içki ilə bağlı dərhal biznes xəyalları quran Ditrix Çaleo ilə görüşməyə və onu öz ideyalarına inandırmağa nail olur.  Ditrix ölkəsinə qayıdan kimi dostlarının, yaxınlarının təkidlərinə, iradlarına baxmayaraq işindən ayrıldı. Az sonra Avstriyada ikisinin ortaq şirkəti "Red Bull" yarandı. Çox keçmədi ki, Ditrix Avstriyanın ilk milyarderi, Çaleo isə Taylandın ən varlı adamı oldu.

Nəticədə "Red Bul"un uğur hekayəsindən ilhamlanıb yola çıxan yeni enerji içkisi brendləri sürətlə artmağa başladı. Azərbaycanda da "Red Bull", "Jaguar", "Bizon" və s. enerji içkiləri çox populyardır.  Asiyadan başlayan bu sehirli nağıl artıq bütün dünyanı əhatə etməyə, yüz milyonlarla insanı öz sehrinə salmağa nail olub. Sürət əsrinin insanları onları daimi müşayiət edən yorğunluq və əzginlikdən qaçıb sığına biləcəkləri içkilərini kəşf ediblər.  

Artıq alkoqolsuz içkilər bazarı dedikdə, yalnız iki amerika şirkətinin rəqabəti ağla gəlmir. İndi hamı yaxşı başa düşür ki, Asiya və Avropanın ortaq ruhu halına gələn enerji içkiləri ABŞ-ın transmilli şirkətlərini bazarda sıxışdırmağa başlayıb.

Bəs sürətlə həyatımıza daxil olan bu enerji içkiləri, onların tərkibi haqqında nə bilirik?

Onlar haqqında ara-sıra mətbuatda peyda olan tənqidi fikirlər nə dərəcədə həqiqətdir? Mütəxəssislər, Avropanın və Azərbaycanın rəsmi strukturları bu içkilərə necə rəy verirlər?

Taurin fobiyası

Bu suallara cavab tapmaq üçün öncə enerji içkilərinə qarşı tənqidlərdə səsləndirilən fikirlərə nəzər yetirməliyik. Tənqidçilərin, əsas istinad etdikləri məsələ enerji içkilərinin tərkibində taurinin olması faktıdır.

Taurin varmı? Ələbəttə, var! Bəs bu adı çox hallandırılan taurin nədir? Tibbi mənbələrə görə, taurin amin turşusudur. Amin turşuları zülalların əsas özəyidir. Bu maddəyə ilk dəfə öküz ödündə rast gəlinib. Bu səbəbdən də "Taurin" adı latınca "taurus" (öküz - red. ) sözündən götürülüb. Bundan əlavə, buğdanın, balığın, ətin, hətta ana südünün tərkibində də taurin var. İcazə verilən miqdarda taurin sağlamlıq üçün xeyirlidir. Belə ki, bunun skelet əzələlərinin inkişafına, gözə, qan təzyiqinin, ürək-damar sisteminin, mərkəzi sinir sisteminin fəaliyyətinə müsbət təsiri var.

Avropa Qida Təhlükəsizliyi Təşkilatı 2003-cü ildə gündə bir çəki kiloqramına 1,0 mq taurinin zərərsiz olduğunu açıqlayıb. Məlumat üçün bildirək ki, məsələn, 4 ədəd 250 qramlıq "Bizon" enerji içkisinin tərkibində ümumi 1,0 mq taurin var.

Rəsmi qurumların mövqeyi nədir?