Azərbaycanda dünyada nadir rast gəlinən heykəl ucaldılıb VİDEO


Digərləri 22 Sen 2018 22:49:00 217 0

Azərbaycanda dünyada nadir rast gəlinən heykəl ucaldılıb  VİDEO

Gədəbəy rayonunun Qaraməmmədli kəndində ucaldılan çoban heykəli görənlərin marağına səbəb olur.

Son.az bildirir ki, 58 il əvvəl heykəlləşdirilən əmək insanı bu gün də qorunub saxlanılır. 15 ölkədən məhz Azərbaycanda mövcud olan çoban heykəli dövrünün məşhur və zəhmətkeş insanı olan "Çoban Qara "nın şərəfinə ucaldılıb. Heykəlin durduğu yer dağlardan gələn Zəyəmçay və İnəkboğan çaylarının qovuşduğu ərazidə yerləşir. Bura aranla, yaylaq arasında bir keçid rolunu oynayır. Qazax, Tovuz və Şəmkir rayonlarından gətirilən bütün sürülər bu ərazidən keçərək yaylaqlara aparılıb.

"Çoban Qara"nın şərəfinə mahnı da bəstələnib.Rayona gələn turistlərin də marağına səbəb olan abidə bu gün də öz əzəmətini qoruyub saxlayır. Əvvəllər olduğu kimi, indi də bura çatarkən çobanlar dayanıb düşərgə salır, heyvanları sayır, yerbəyer edir, dinclərini aldıqdan sonra yollarına davam edirlər. /xezerxeber.az