Keçid nişanları var, amma işıqlandırma sistemi işləmir VİDEO


Digərləri 22 Sen 2018 21:54:00 306 0

Keçid nişanları var, amma işıqlandırma sistemi işləmir  VİDEO

Tovuzda istər gündüz, istərsə də gecə saatlarında yolu keçmək istəyən piyadalar çətinliklə izləşirlər. Son.az bildirir ki, buna səbəb günəş enerjisi ilə işləyən yol nişanlarının işləməməsidir. Yollardakı piyada zolaqları da rənglənməyib, bəziləri isə ümumiyyətlə görünmür.

Bu yollarda sürət həddini tənzimləyən nişanlar olsa da, sürücülər bunlara məhəl qoymurlar. Bu da baş verə biləcək xoşagəlməz hadisələri qaçılmaz edir. Sürücülər isə problemin kökünü yol nişanlarının düzgün işləməməsində görürlər.

Rayonda günəş enerjisi ilə işləyən 10-dan çox lövhənin yalnız ikisi işlək vəziyyətdədir. Yol nişanlarına nəzarət edən siqnal idarəsinin Tovuz rayon şöbəsinin rəisi Niyazi Məmmədov bildirdi ki, sözügedən lövhələrin platası xarab olduğu üçün onları təmir etmək mümkün deyil. Gərək nişanın özü yenilənə. Lövhənin üzərindəki köhnəlmiş "Piyada keçidi" yazısınınisə dəyişdiriləcəyi bildirildi. /xezerxeber.az