İstefaya göndərilmək əvəzinə dərhal daha yüksək vəzifəyə təyin edildi


Dünya 22 Sen 2018 21:15:00 277 0

İstefaya göndərilmək əvəzinə dərhal daha yüksək vəzifəyə təyin edildi

AFR Konstitusiyasının qorunması üzrə Federal İdarənin rəisi Hans-Georq Masen hakim koalisiyaya daxil olan sosial-demokratların tələbi ilə bu vəzifədən çıxarılıb, lakin istefaya göndərilmək əvəzinə daha yüksək vəzifəyə təyin edilib. İndi o, Almaniya Daxili İşlər Nazirliyində stats-sekretar vəzifəsini tutacaq, yəni əslində nazir müavini olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, siyasi analitiklərin fikrincə, kansler Angela Merkelin kadrlarla bağlı bu cür gözlənilməz qərarı onun sayca dördüncü hökumətinin parçalanmasının qarşısını almaq üçün yeganə mümkün variant idi. Xatırladaq ki, hakim koalisiyaya Almaniya Sosial-Demokrat Partiyasından (ASDP) əlavə, Merkelin özünün rəhbərlik etdiyi Xristian Demokratlar İttifaqı (XDİ) və mühafizəkar blok üzrə onun tərəfdaşı olan Xristian Sosialistlər İttifaqı (XSİ) da daxildir (XSİ-yə daxili işlər naziri Horst Zeehoferin başçılıq edir).

Hans-Georq Masen bir müsahibəsinin güdazına gedib: o, həmin müsahibədə avqustun axırlarında Xemnitsdə ultrasağçılar tərəfindən təşkil olunmuş iğtişaşlar zamanı hazırlanmış videoyazının həqiqiliyinə şübhə etdiyini bildirib. Videoyazıdan görünür ki, qəzəblənmiş fırıldaqçılar küçədən keçən insanları qaçqın hesab edərək onları incidirlər. Angela Merkel özü də bu kadrları məhz belə şərh edərək, iğtişaşların təşkilatçılarının və onların sağçı ekstremist iştirakçılarının hərəkətlərini kəskin pisləyib.