İranda terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatdı


Digərləri 22 Sen 2018 21:14:42 259 0

İranda terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatdı

İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verib terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatdı.

Bakı. İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatdı. Trend-in məlumatına görə, bunu İran parlamentində müdafiə komitəsinin rəhbərinin müavini Əbu Fadl Bigi deyib. Onun sözlərinə görə, hadisə nəticəsində həmçinin 60 nəfər yaralanıb.