Qasırğa 30 mindən çox ev işıqsız qaldı


Dünya 22 Sen 2018 20:33:00 427 0

Qasırğa 30 mindən çox ev işıqsız qaldı

"Knud" qasırğası Norveçin cənubundakı Aqder vilayətində ağacların elektrik ötürücüsü xətlərinin üstünə aşmasına səbəb olub. Nəticədə 30 mindən çox ev elektriksiz qalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Norveçin "Agder Energi" stansiyasının saytında yer alıb.

Eyni zamanda, Norveç teleqraf bürosunun məlumatına görə, elektrik kəsilməsi hallarının sayı 50 mini ötüb. Energetiklər elektrik verilişini bərpa etməyə çalışırlar. Yıxılan ağaclar ölkənin cənubunda iki yolu - Syorlansbanen və Ostfoldbaneni bağlayıb. Norveçin hökumət orqanları qasırğa təhlükəsinin "qırmızı" səviyyəsini elan ediblər.