Əbülfəs Qarayev Moskva Hökumətinin naziri Aleksandr Kibovski ilə görüşüb (FOTO)


Digərləri 22 Sen 2018 20:30:19 265 0

Əbülfəs Qarayev Moskva Hökumətinin naziri Aleksandr Kibovski ilə görüşüb (FOTO)

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində 22 sentyabr tarixində Moskva Hökümətinin naziri, Moskva Şəhər Mədəniyyət Departamentinin başçısı Aleksandr Kibovski ilə görüşüb.

Bakı. Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində 22 sentyabr tarixində Moskva Hökümətinin naziri, Moskva Şəhər Mədəniyyət Departamentinin başçısı Aleksandr Kibovski ilə görüşüb. Trend-ə nazirliyin mətbuat xidmətindən verilən məlumata əsasən, görüş çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəniyyət sahəsində ikiillik tədbirlər planının hazırlanması və bir sıra digər məsələlər müzakirə edilib.