"Hayabusa2" kosmik zondu Ryuqu asteroidinə iki robotlaşdırılmış nəqliyyat vasitəsi göndərib


Digərləri 22 Sen 2018 20:24:00 211 0

"Hayabusa2" kosmik zondu Ryuqu asteroidinə iki robotlaşdırılmış nəqliyyat vasitəsi göndərib

Yaponiya Aerokosmik Məkanın Öyrənilməsi Agentliyi (JAXA) bildirib ki, "Hayabusa-2" kosmik zondu Ryuqu asteroidinə iki ədəd robotlaşdırılmış nəqliyyat vasitəsi göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, JAXA-nın məlumatına görə, şənbə günü Yerə göndəriləcək fotolar "MINERVA-II-1" nəqliyyat vasitələrinin asteroidə uğurla endiyini təsdiq edəcək.

Agentliyin nümayəndələri nəqliyyat vasitələrinin cümə günü, "Hayabusa-2" 20 min metr hündürlükdən enərək, asteroidin səthinə 55 metrədək yaxınlaşdıqdan sonra göndərildiyini bildiriblər.