Mun Ceinin reytinqi yüksəlib


Dünya 22 Sen 2018 20:14:00 265 0

Mun Ceinin reytinqi yüksəlib

Cənubi Koreya Prezidenti Mun Ce-inin populyarlıq reytinqi KXDR-ə səfəri və Kim Çen Inla görüşündən sonra kəskin yüksəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Gallup Korea" sosioloji agentliyinin məlumatına əsasən, Cənubi Koreya liderinin iqtisadi problemlər fonunda stabil azalan reytinqi bu həftə 11 faiz artaraq 61 faizə çatıb. Ekspertlərin fikrincə, bu göstərici koreyalararası sammitin uğurlu keçməsi ilə əlaqədardır.

Bir həftə öncə Mun Ce-inin reytinqi prezidentliyi dövründə ilk dəfə 50 faizdən aşağı düşmüşdü. Vətəndaşların əsas narazılığı iqtisadi durğunluq, işsizliyin artması və daşınmaz əmlakın qiymətləri ilə əlaqədar idi.