BMW 140 minə yaxın avtomobili geri çağırır


Digərləri 22 Sen 2018 20:04:00 224 0

BMW 140 minə yaxın avtomobili geri çağırır

Almaniyanın BMW şirkəti Çin bazarında satdığı 3-cü seriyadan olan 140 minə yaxın avtomobili hava kondisionerlərindəki qüsurlarla əlaqədar geri çağırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb. Qərara əsasən, 2005-2011-ci ildə Çində istehsal edilmiş 89 mindən çox və xaricdən idxal olunmuş təxminən 50 min avtomobil geri çağırılacaq.