Bu gün yayın son günüdür


Digərləri 22 Sen 2018 19:44:00 276 0

Bu gün yayın son günüdür

Bu il payız fəsli Azərbaycana sentyabrın 23-də saat 05:54:06-da daxil olacaq.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, payız fəsli daxil olduğu anda gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir. Beləliklə , şimal yarım kürəsi üçün payız, qış fəsli, cənub yarım kürəsi üçün yaz, yay mövsümü başlayır.