Milli Məclisin komitə sədri AŞPAnın tədbirində iştirak edəcək


Siyasət 22 Sen 2018 19:54:00 280 0

Milli Məclisin komitə sədri AŞPAnın tədbirində iştirak edəcək

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tədbirində iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək.

Son.az bildirir ki, Məclis Aparatından Trend-ə verilən məlumata görə, AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin Tbilisidə keçiriləcək iclasında bir sıra aktual məsələlər müzakirə olunacaq.

Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini söyləyəcək, təkliflərini verəcək.

Səfər sentyabrın 26-da başa çatacaq.