Milli Məclisin komitə sədri Gürcüstanda AŞPA-nın tədbirində iştirak edəcək


Digərləri 22 Sen 2018 19:45:13 249 0

Milli Məclisin komitə sədri Gürcüstanda AŞPA-nın tədbirində iştirak edəcək

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının tədbirində iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək.

Bakı. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının tədbirində iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək. Məclis Aparatından Trend-ə verilən məlumata görə, AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin Tbilisidə keçiriləcək iclasında bir sıra aktual məsələlər müzakirə olunacaq. Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini söyləyəcək, təkliflərini verəcək. Səfər sentyabrın 26-da başa çatacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin