Tapılan 70dən çox PHS ANAMAnın məhvetmə ərazisinə daşınıb FOTO


Digərləri 22 Sen 2018 19:39:00 282 0

Tapılan 70dən çox PHS ANAMAnın məhvetmə ərazisinə daşınıb  FOTO

Biləsuvar rayonunda 70-dən çox partlamamış hərbi sursat tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, 01 sentyabr tarixində saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 22 sentyabr tarixində də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 77 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 3 900 kv.m əraziyə yerüstü baxış keçirilib.


Xəbərə aid fotolar