"Köhnə", "cırıq", "yamaqlı" ayaqqabıların qiyməti 530 dollardır


Digərləri 22 Sen 2018 19:19:00 280 0

"Köhnə", "cırıq", "yamaqlı" ayaqqabıların qiyməti 530 dollardır

Venesiyanın məşhur moda markası "Golden Goose" tərəfindən istehsal edilən "Superstar taped sneakers" model ayaqqabılar həm qiyməti, həm də görünüşü ilə diqqəti çəkib.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, kobud formada təmir edilmiş köhnə ayaqqabı görünüşünə sahib olan modellərin qiyməti İtaliyada 375 avro, ABŞ-da isə 530 dollar müəyyənləşdirilib. 

Markanın bu addımı sosial mediada birmənalı qarşılanmayıb və insanlar tərəfindən "kasıblığa lağ etmək" kimi dəyərləndirərək kapitalizmi tənqid edib.


Xəbərə aid fotolar