“Florens” qasırğası ABŞa 50 milyard dollara yaxın zərər vurub


Dünya 22 Sen 2018 18:44:00 198 0

“Florens” qasırğası ABŞa 50 milyard dollara yaxın zərər vurub

"Florens" qasırğasının ABŞ-a vurduğu iqtisadi zərər 38 milyard dollardan 50 milyard dollara qədərdir, virtualaz.org məlumat verir. 

Son.az bildirir ki, söhbət daşınmaz əmlaka və nəqliyyat vasitələrinə dəyən zərərdən gedir. Həmçinin yerli müəssisələrin gəlir əldə edə bilməməsi də buraya daxildir. Qasırğadan sonra sığorta kompaniyaları 1,7 milyard dollardan 5 milyard dollara qədər ümumi ödəniş ediblər.

Beləliklə, "Florens" ABŞ tarixində ən dağıdıcı qasırğalar siyahısında yeddinci yeri tutub. Ölkəyə ən çox zərər (133,5 milyard dollar) 2017-ci ilin avqust ayında Texas ştatında tüğyan edən "Harvi" qasırğası nəticəsində dəyib. Onun ardınca isə "Mariya" (120 milyard dollar) və "İrma" (84,2 milyard dollar) qasırğaları gəlir.