Azərbaycanın sığorta bazarı 40 faiz artıb


Digərləri 22 Sen 2018 18:29:00 264 0

Azərbaycanın sığorta bazarı 40 faiz artıb

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 517 milyon manatlıq mükafat yığıblar. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında deyilir.

Həmin dövr ərzində sığorta şirkətlərinin ödəmələri 169 milyon manat təşkil edib ki, bu da ötən ilin ilk 8 ayı ilə müqayisədə 1,2 faiz çoxdur.