FHN çarpayıdan yıxılan ağır çəkili kişini xilas etdi


Digərləri 22 Sen 2018 17:35:00 199 0

FHN çarpayıdan yıxılan ağır çəkili kişini xilas etdi

Bakı şəhərinin Binəqədi rayonunda 1950-ci il təvəllüdlü Məmmədbəyov Şahlar Lütvi oğlu yaşadığı mənzildə çarpayıdan yıxılaraq zədə aldığı üçün ünvana həkim briqadası çağırılıb.

Bakı. Bakı şəhərinin Binəqədi rayonunda 1950-ci il təvəllüdlü Məmmədbəyov Şahlar Lütvi oğlu yaşadığı mənzildə çarpayıdan yıxılaraq zədə aldığı üçün ünvana həkim briqadası çağırılıb. FHN-dən Trend-ə verilən məlumata görə, Ş.Məmmədbəyov artıq çəkili olduğu üçün Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkim briqadası tərəfindən vətəndaşın xərəklə TTTYS-nın avtomobilinə daşınması mümkün olmayıb.