Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib
Digərləri 22 Sen 2018 17:24:00 242 0
Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, başsağlığında deyilir: "Müqədəs Müdafiə həftəsi"nin başlanması münasibətilə dost İran İslam Respublikasının Xuzestan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi paradda törədilmiş xain terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.
Mənbə: milli.az