Qəbələ-nin Seriff-lə oyunlarının vaxtı müəyyənləşdi


İdman 22 Sen 2018 16:23:00 268 0

Qəbələ-nin Seriff-lə oyunlarının vaxtı müəyyənləşdi

Qəbələ-nin U-19 komandasının UEFA Gənclər Liqasında Moldova Seriff-i ilə keçirəcəyi oyunların başlama vaxtı müəyyənləşib.

Goal.az xəbər verir ki, Çempionlar yolunun I mərhələsinin ilk oyunu Qəbələ şəhər stadionunda baş tutacaq.

Oktyabrın 3-də keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Cavab matçı Tiraspolda Seriff-in kiçik arenasında keçiriləcək. Oktyabrın 24-də baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 16:00-da veriləcək.