"Huawei"dən "Apple"ə tərs sillə: növbədə gözləyənlərə "power bank" payladı


Digərləri 22 Sen 2018 17:04:00 259 0

"Huawei"dən "Apple"ə tərs sillə: növbədə gözləyənlərə "power bank" payladı

Çinin texnologiya nəhəngi "Huawei" nümayəndəsi Sinqapurda "Apple" mağazasının qarşısında növbə gözləyən insanlara üzərində "Ehtiyacınız olacaq" yazılmış "power bank"lar paylayıb.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkətin son çıxan telefonunu almaq üçün növbədə gözləyənlərə telefon üçün enerji aləti və meyvə şirəsi paylanılıb. Londonda isə növbədə gözləyənlərə meyvə şirəsi verilib və telefonlar üçün enerji stansiyası təşkil edilib.