Bu ölkə məhv olacaq


Dünya 22 Sen 2018 16:54:00 242 0

Bu ölkə məhv olacaq

Yəmən humanitar fəlakətin astanasındadır, çünki son həftələr ərzaq çatdırılması vəziyyəti kəskin şəkildə pisləşib.

Son.az oxu.az-a istinadla xəbər verir ki, bu fikirləri BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok təşkilatın Təhlükəsizlik Şurasının iclasında deyib. 

"Bir sözlə, hər şey pisdir. Aclıqla mübarizədə uduzuruq. Biz ölkə üzrə insanların aclıqdan öləcəyinin qarşısını ala bilməyəcəyimiz nöqtəyə yaxınlaşırıq", - o bildirib. Loukok əlavə edib ki, sakinlərin yarısından çoxu (29 milyondan 18 milyonu) ərzaqla təmin edilməyib, onlardan 8 milyonuna fövqəladə yardım lazımdır.