"Google" və "Facebook"un fəaliyyəti yoxlanıla bilər


Digərləri 22 Sen 2018 16:29:00 243 0

"Google" və "Facebook"un fəaliyyəti yoxlanıla bilər

ABŞ Prezident Administrasiyası "Google" və "Facebook" şirkətlərinin fəaliyyətini yoxlamaq niyyətindədir. 

Son.az report-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. 

Məlumata görə, yoxlamaların məqsədi məşhur axtarış sisteminin və sosial şəbəkəsinin antiinhisar qanunvericiliyini pozub-pozmadığını müəyyən etməkdir. Hökumət qurumları həmçinin onlayn rejimdə fəaliyyət göstərən platformalar arasında rəqabətin qorunması və qərəzli yanaşmanın aradan qaldırılması üçün addımlar atmağı planlaşdırır.