Müsadirə edilmiş qızıl əşyalar hərraca çıxarıldı


Digərləri 22 Sen 2018 16:29:00 264 0

Müsadirə edilmiş qızıl əşyalar hərraca çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət nəfinə müsadirə edilmiş qızıl və gümüşləri hərraca çıxarıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, müsadirə edilmiş zinət əşyalarının özəlləşdirilməsi üçün hərrac 26 oktyabr tarixində həyata keçiriləcək.

Hərraca 158 ədəd qızıl-zinət əşyası çıxarılıb. Qızılların ilkin start qiyməti 30348.54 manatdan başlayır. Əldə etmək istəyənlər əvvəlcə 10 faizini, yəni 3034.86 manatını ödəməlidir.