Naxçıvan alternativ enerji mənbələrinin inkişafında Avropa üçün nümunə ola bilər


Digərləri 22 Sen 2018 15:39:00 305 0

Naxçıvan alternativ enerji mənbələrinin inkişafında Avropa üçün nümunə ola bilər

Naxçıvan Muxtar Respublikası (NMR) bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı sahəsində bəzi Avropa ölkələri üçün nümunə ola bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Bert Skufs Naxçıvan Muxtar Respublikasında (NMR) Avropa İttifaqı Gününə həsr olunmuş mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Belçika şirkətləri Naxçıvanda günəş enerjisinin generasiyası sahəsində fəaliyyət göstərirlər:

"Bir çox ölkələr enerji təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən danışırlar, amma praktikada böyük nəticələr əldə edə bilmirlər. Naxçıvanda isə həqiqətən enerji təhlükəsizliyi təmin olunur. Ümid edirik ki, bu sfera Naxçıvanda gələcəkdə daha da inkişaf edəcək. Naxçıvan Muxtar Respublikası (NMR) bərpa olunan enerji mənbələri sahəsinin inkişafında bir çox Avropa ölkələri üçün nümunə ola bilər".