Rus mafiyasının nüfuzlu lideri intihar etdi


Digərləri 22 Sen 2018 15:14:00 248 0

Rus mafiyasının nüfuzlu lideri intihar etdi

"Vaqon" ləqəbli məşhur rusiyalı qanuni oğru Vladimir Vaqin Permdə yerləşən 10 nömrəli həbsxanada intihar edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, məlumatı "Praym Kraym" saytı yayıb. 54 yaşlı qanuni oğrunun cəsədi gecə 23:00-da öz kamerasında tapılıb.

Qeyd edək ki, Vaqin 1995-ci ildə qanuni oğru statusunu alıb. O, Vasili Xristoforov (Voskres) və Yuri Piçuqin (Piçuqa) kimi rus mafiyasının slavyan klanı arasında ən nüfuzlu şəxs olub. 2013-cü ildə ABŞ onun adını rus qanuni oğrularını birləşdirən "Qardaş dairəsi" (təşkilata adı ABŞ verib - red.) cinayətkar təşkilatının tərkibinə daxil edib.