Aİ səfiri: "Azərbaycan alternativ enerji mənbələrinin inkişafı üçün böyük potensiala malikdir"


İqtisadiyyat 22 Sen 2018 14:59:02 661 0

Aİ səfiri: "Azərbaycan alternativ enerji mənbələrinin inkişafı üçün böyük potensiala malikdir"

"Azərbaycan və Aİ arasında uzun keçmişə malik enerji əməkdaşlığı var"

"Azərbaycan alternativ enerji mənbələrinin inkişafı üçün böyük potensiala malikdir".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

"Azərbaycan və Aİ energetika sahəsində əməkdaşlıq edir. Eyni zamanda alternativ enerji mənbələrini də inkişaf etdirmək vacibdir. Azərbaycan, deyildiyi kimi, odlar yurdudur, amma həm də günəşli və küləkli ölkədir. Nəyə görə bu potensialdan istifadə olunmasın?", - səfir qeyd edib.

Onun sözlərinə görə,Azərbaycan və Aİ arasında uzun keçmişə malik enerji əməkdaşlığı var: "Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə və enerji resursları mənbələrinin şaxələndirilməsinə mühüm töhfəsi olacaq".