Beyləqanda yandırılmış ağaclarla bağlı polisə müraciət olunub


Digərləri 22 Sen 2018 14:35:05 276 0

Beyləqanda yandırılmış ağaclarla bağlı polisə müraciət olunub

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Bakı. Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində, avtomobil yolunun kənarındakı yaşıllıq sahəsində ağacların yanması ilə bağlı daxil olan müraciət 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı yol kənarı yaşıllıq sahəsində yaş köküstə müxtəlif cinsli və diametrli 196 ədəd ağacın yandığı məlum olub. Faktla bağlı akt tərtib edilib və təbiətə 39.200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.