İl ərzində Azərbaycanda Avropa şirkətlərinin sayı təxminən 30 faiz artıb


Digərləri 22 Sen 2018 14:24:00 346 0

İl ərzində Azərbaycanda Avropa şirkətlərinin sayı təxminən 30 faiz artıb

Bu il Azərbaycanda Avropa şirkətlərinin sayı 300-dən 385-ə qədər artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikasında (NMR) Avropa İttifaqı Gününə həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, Aİ ilk dəfə olaraq Naxçıvanda belə genişmiqyaslı tədbir təşkil edib. Bu tədbirdə Aİ-nin 17 səfiri də daxil olmaqla, 60 nümayəndəsi iştirak edir.