Beynəlxalq Muğam Mərkəzində möhtəşəm kamera musiqisi səsləndi


Kriminal 22 Sen 2018 13:34:00 280 0

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm kamera musiqisi səsləndi

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hər il 18 sentyabrdan etibarən Üzeyir Hacıbəyli adına X Beynəlxalq Musiqi Festivalı keçirilir.

Son.az xəbər verir ki, festival çərçivəsində Azərbaycan mədəniyyət xadimləri ilə yanaşı, xarici musiqiçilərin də iştirakı ilə konsertlər, tamaşalar, konfranslar keçirilir. 

Beynəlxalq Muğam Mərkəzində nəinki bizim yerli musiqiçilərimizin sevdiyi, hətta xarici ifaçıların da sevdiyi bu gözəl səhnədə T. Dokşiser adına Rusiya kvinteti "New Life Brass" adlı möhtəşəm konserti keçirilib.

Sentyabrın 19- da həmyerlimiz ABŞ- da doğulub yaşamış isdedadlı skripkaçı Azər Dəmirov və virtuoz pianoçu Zülfiyyə Sadıqova ilə birlikdə paytaxtımızın musiqisevərlərini öz gözəl ifaları ilə sevindirdilər.


Xəbərə aid fotolar