İl ərzində Azərbaycanda Avropa şirkətlərinin sayı təxminən 30 faiz artıb


Digərləri 22 Sen 2018 13:30:00 243 0

İl ərzində Azərbaycanda Avropa şirkətlərinin sayı təxminən 30 faiz artıb

Bu il Azərbaycanda Avropa şirkətlərinin sayı 300-dən 385-ə qədər artıb.

Naxçıvan. Ləman Zeynalova - Bu il Azərbaycanda Avropa şirkətlərinin sayı 300-dən 385-ə qədər artıb. Trend-in məlumatına görə, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikasında (NMR) Avropa İttifaqı Gününə həsr olunmuş mətbuat konfransında deyib. O qeyd edib ki, Aİ ilk dəfə olaraq Naxçıvanda belə genişmiqyaslı tədbir təşkil edib. Bu tədbirdə Aİ-nin 17 səfiri də daxil olmaqla, 60 nümayəndəsi iştirak edir.