Uşaq bağçasında kütləvi zəhərlənmə olub


Dünya 22 Sen 2018 13:29:00 247 0

Uşaq bağçasında kütləvi zəhərlənmə olub

Gürcüstanın Tsxaltubo bələdiyyəsinin Gequti kəndinin uşaq bağçasında 11 uşaq zəhərlənib.

Son.az report-a istinadən xəbər verir ki, uşaqlar Kutaisi Şəhər Xəstəxanasına yerləşdirilib. Onlarda qarın ağrısı, qusma və yüksək hərarət müşahidə olunur.

Zəhərlənmənin dəqiq səbəbi hələ məlum deyil. Uşaqların süd və ya tərəvəz məhsullarından zəhərləndiyi ehtimal olunur.