Mariana Vasileva: "Azərbaycanda gimnastikanın inkişafında böyük rol Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya məxsusdur"


Digərləri 22 Sen 2018 13:18:00 320 0

Mariana Vasileva: "Azərbaycanda gimnastikanın inkişafında böyük rol Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya məxsusdur"

"Azərbaycanda gimnastikanın inkişafında böyük rol Birinci vitse-prezident, Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya məxsusdur".

Son.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

Baş məşqçi bildirib: "Heç kim Mehriban Əliyeva kimi işləmir və inkişaf üçün imkan yaratmır. Bu, obyektiv reallıqdır. Biz hamımız aydın görə bilərik ki, 5-10 il əvvəl vəziyyət necə idi, indi necədir. Bütün bu illər ərzində ən vacibi odur ki, biz mənəvi dəstək hiss etmişik. Biz heç də hər zaman yarışlardan medallarla qayıtmırdıq, uğursuz günlərimiz də olurdu. Amma biz hər zaman Mehriban Əliyevanın dəstəyini hiss edirik, o, hər zaman bizim yanımızdadır. Bundan başqa, Federasiyanın vitse-prezidenti Altay Həsənova dərin minnətdarlığımı bildirmək istəyirəm. O, bu illər ərzində bizim inkişafımız üçün lazım olan bütün işləri görüb".

M.Vasileva qeyd edib ki, hazırda bədii gimnastika həm Bakıda, həm də ölkənin regionlarında inkişaf edir:

"Bu gün bizdə bədii gimnastika 15 regionda inkişaf edib, artıq üçüncü ildir ki, regional yarışlar keçirilir və çox sayda gimnastlar burada iştirak edir. Ötən ilin sonuna olan hesabata əsasən, regionlarda 1258 gimnast məşq edib. Əlbəttə, indi onların sayı daha çoxdur, çünki il ərzində daha 3 regionda gimnastika bölmələri açılıb, ilin sonunadək isə daha 3 regionda bu cür bölmələr açılacaq. Fikrimcə, ilin sonunadək gimnastların sayı 2500-ə çatacaq. Bakıya gəldikdə isə, bura əlbəttə ki, ölkənin bədii gimnastika mərkəzidir. Bizdə milli komandaya gimnast hazırlayan bir neçə klub var. Bütün klublarla fəal əməkdaşlıq edirik, çünki hamımız eyni işi görürük ki, gimnastika inkişaf etsin və biz daha yaxşı nəticələr göstərək".