Qvardiola: "Üzr istəməli deyilik"


İdman 22 Sen 2018 11:48:00 272 0

Qvardiola: "Üzr istəməli deyilik"

Manchester City-nin baş məşqçisi Pep Qvardiola Lyon klubuna məğlubiyyətin ardından maraqlı açıqlamalar verib.

Goal.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyunçularının oyunundan razı qaldığını bildirib. 

"Məncə, biz heç kimdən üzr istəməyə məcbur deyilik. Oyunçularım hesabı dəyişmək üçün əllərindən gələni etdilər. İndi bunu yaddan çıxarıb qarşıda keçirən oyunlara diqqət etdirməliyik."

Qeyd edək ki, görüş Lyon-un 2-1 hesablı qələbəsi ilə başa çatıb.