Juventus-un futbolçusu 1 aylıq sıradan çıxdı


İdman 22 Sen 2018 10:43:00 224 0

Juventus-un futbolçusu 1 aylıq sıradan çıxdı

Juventus-un futbolçusu Duqlas Kosta bir ay yaşıl meydanlardan uzaq qalacaq. 

Goal.az "Calciomercato"ya istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi İtaliya klubunun Çempionlar Liqasının I turunda səfərdə Valencia-nı 2:0 hesabı ilə məğlub etdiyi oyunda ombasından və ayaq biləyindən xəsarət alıb. 

Braziliyalı oyunçu sözügedən matçın 66-cı dəqiqəsində Miralem Pyaniçin əvəzinə meydana daxil olsa da, oyunun sonlarında zədələnib və yerini Daniel Ruqaniyə buraxıb. 

Qeyd edək ki, Duqlas Kosta İtaliya A Seriyasının IV turunda evdə Sassuolo-nu 2:1 hesabı ilə məğlub etdikləri matçda rəqib futbolçu Federiko Di Françeskonun üzünə tüpürdüyünə görə 4 oyunluq cəzalandırılıb.