Filippində torpaq sürüşməsi nəticəsində 29 nəfər ölüb


Dünya 22 Sen 2018 08:59:00 253 0

Filippində torpaq sürüşməsi nəticəsində 29 nəfər ölüb

Filippinin Sebu əyalətində güclü yağışlar nəticəsind torpaq sürüşməsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki,  torpaq sürüşməsi nəticəsində 29 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.

Yerli polisin rəhbəri Roderik Qonsales bildirib ki, axtarış-xilasetmə işləri davam etdirilir, çünki dağıntılar altında hələdə insanlar qala bilər.