Yaponiya şirkətləri İrandan neft tədarükünü dayandırıb


Dünya 22 Sen 2018 04:30:00 274 0

Yaponiya şirkətləri İrandan neft tədarükünü dayandırıb

Yaponiyanın neft şirkətləri İrandan neft tədarükünü dayandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Neft Assosiasiyasının prezidenti Takashi Tsukioka bildirib. Yaponiyanın neft şirkətləri hökumətin rəsmi Tehrana qarşı sanksiyalarda güzəştlərlə bağlı ABŞ-la davam etdirdiyi danışıqlar nəticə verənə qədər İrandan tədarükünü dayandırıb.

"Bütün şirkətlər eyni qərara gələrək neft tədarükünü müvəqqəti dayandırıb və proses diqqətlə izlənilir", - deyə o əlavə edib.