Tramp yenidən OPECi günahlandırıb


Dünya 21 Sen 2018 23:52:00 252 0

Tramp yenidən OPECi günahlandırıb

ABŞ Prezidenti Donald Tramp yenidən Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) günahlandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Donald Tramp öz "twitter" səhifəsində bunları yazıb: "Biz Yaxın Şərq ölkələrini qoruyuruq, biz olmasaq onlar uzun müddət güvəndə ola bilməzlər. Onlar isə neftin qiymətini daha da yüksəltməyə davam edir. Bunu unutmayacağıq. OPEC indi neftin qiymətini azaltmalıdır".

ABŞ Prezidenti daha əvvəllər də OPEC-in yığıncaqları ərəfəsində karteli hədəf olan bəyanatlara çıxış edib.