İntihara cəhdin qarşısı alınıb
Digərləri 21 Sen 2018 23:33:00 258 0
Sumqayıtda intihara cəhdin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Əməliyyat başa çatıb.
Mənbə: milli.az