Taxta emalı sexi yanıb


Digərləri 21 Sen 2018 23:38:00 288 0

Taxta emalı sexi yanıb

Şəkidə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, şəhərin ümumi sahəsi 700 m² olan tikilinin (taxta emalı sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 350 m² sahədə və içərisinə yığılmış hazır taxta məmularları yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.