Bəzi rayonlarda sürüşmə sahələri aktivləşib TƏHLÜKƏ VAR VİDEO


Digərləri 21 Sen 2018 23:09:00 544 0

Bəzi rayonlarda sürüşmə sahələri aktivləşib  TƏHLÜKƏ VAR  VİDEO

Astarada sürüşmə zonalarında aktivlik yaranıb. Torpaq qatı sürüşərək evlərin ətrafına yayılıb.

Son.az bildirir ki, söhbət Astaranın Miki kəndindən gedir. Son günlər yağan aramsız yağışlar cənub bölgəsindəki sürüşmə zonalarında aktivliyi artırıb. Kənddə torpaq qatı ağaclarla birlikdə sürüşərək evlər üçün təhlükə yaradıb.

Torpaq qatının sürüşməsi nəticəsində bir neçə yaşayış evinin divarlarında çatlar əmələ gəlib.

Məsələ ilə bağlı adiyyəti qurumlar da məlumatlandırılıb. Rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Ərazidə sürüşmə aktivliyinin kəşfiyyatı aparıldıqdan sonra müvafiq tədbirlər göürüləcək.