Bəzi məhsulların idxalına gömrük güzəştləri tətbiq ediləcək VİDEO


Digərləri 21 Sen 2018 22:22:00 497 0

Bəzi məhsulların idxalına gömrük güzəştləri tətbiq ediləcək  VİDEO

Azərbaycanda istehsal ediləməyən, amma rəqabətqabiliyyətli məhsulların istehsalı üçün dövlət sahibkarlara dəstək olacaq. Bunun üçün ölkə başçısının sərəncamı ilə bir neçə layihənin icrası nəzərdə tutulur.

Son.az bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, ölkəmizdə ''Azərbaycanda ilk'' adlı investisya təşviq mexanizmi hazırlanır.

Məhz bu proqram çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün daxili bazar araşdırmaları həyata keçiriləcək, kadr potensialı artırılacaq və ölkədə istehsal olunmayan və daxili istehsalda istifadə edilən xammalın idxalına gömrük güzəştləri tətbiq ediləcək. İnevstiya cəlbi üçün də layihələr icra edilir. Xüsusən də azexport.az və enterpriseazerbaijan.com internet portallarının imkanlarından istifadə etməklə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsinə çalışılacaq.