“Dantenin yubileyi”nin əkssədasında VİDEO FOTO


Kriminal 21 Sen 2018 22:03:00 324 0

“Dantenin yubileyi”nin əkssədasında  VİDEO  FOTO

Anar, ümumiyyətlə, qəhrəmanlarına həssaslıqla yanaşan, onların yaxşı cəhətlərini ön plana çəkən müəlliflərdəndir. Elə onun ilk lirik povestinin məhz Dante Aligyerinin (1265-1321) adı ilə bağlı olmasının da zəruri əlaqələri var. Ömrü boyu özündə və ətrafında baş verənlərin prinsipial özəyini axtaran şair və mütəfəkkir Dantenin məhz belə dərin düşüncələrə qərq olmaq meyli, müəyyənliyin, daxili tamlığın ümumi başlanğıcına varmaq şövqü, qəlbinin ehtirası və intəhasız təxəyyülü onun poeziyasının keyfiyyətini, üslubunu, obrazlılığını və mücərrədliyini təyin edib. O, deyirdi: "Bir insanın digərinə dost münasibətdə olmasından daha doğal bir təzahür ola bilməz..." Yaxud "Hər bir comərdliyin məqsədi odur ki, həyatımızı daha da fərəhli etsin...".

Bütün bu qənaətlər "Dantenin yubileyi" povestinin qəhrəmanı Feyzulla Kəbirlinskinin oxuculara və Anarın və Gülbəniz Əzimzadənin tammetrajlı kinoda ilk müstəqil işlərinin təqdimatında əsas qayəni xatırlatmırmı?

Kinomuzun 120 illik yubileyi dönəmində Son.az-ın "Azərbaycanın kino incilərindən" layihəmizdə bu dəfə "Dantenin yubileyi" ekran əsərinin yubileyini qeyd edirik. Aşağıda yaradıcı heyətin bəzi üzvlərinin hər birinin təəssüratı, xatirəsi, fikri ayrıca dəyər kəsb edir.   

"Hər dəfə baxanda buna görə məyus oluram..."

Anaxanım rolunun ifaçısı Zenfira Sadıqova:

"Mən kinostudiyanın aktyor ştatında çalışırdım. Anar müəllim məni bu filmdə çəkilməyə dəvət etdi, mən də xarakter obraz olduğu üçün, məmnuniyyətlə, dəvəti qəbul etdim. Tərəf-müqabillərim Xədicə rolunda Zərnigar Ağakişiyeva, Feyzulla Kəbirlinski rolunda Həsənağa Turabov və Eldar rolunda Vaqif İbrahimoğlu idi. Üçü də gözəl aktyor və çox yaxşı tərəf-müqabilləri idilər. Çəkilişlərdə qeyri-adi hal baş vermədi, bütün epizodlar birinci dubldan qəbul edildi. Ssenaridə necə yazılmışdısa, elə də təqdim etmişəm obrazımı. Məşqsiz baş verdi çəkilişlər. Əlbəttə, gerçək xarakterimdən çox fərqlidi Anaxanım. Ona görə aktyor çevrilməsi tələb olundu. Anarın çox xoşuna gəlmişdi mənim rola yanaşmam. Aktyor xasiyyətnaməsində yazmışdı ki, Zenfira Sadıxova rolunu yapırdı.

Rollarım arasında məni ən çox qane edən iki rolumdan biridir (digəri 2015-ci ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Dimitrov küçəsi, 86" qısametrajlı filmindəki Şəfiqə xanım obrazıdır). Anaxanımda yeganə olaraq bir qədər qane olmadığım məqam Xədicənin əri Feyzulla Kəbirlinski ilə Dantenin yubileyinə getməyə hazırlaşdıqlarını, Anaxanımın həmişə səliqəsiz nimdaş görkəmdə gördüyü Xədicəni indi geyimli-kecimli görəndə verdiyi reaksiyanın o qədər də ifadəli alınmamasıdır. İfadəliliyin alınması üçün gərək aktyora vaxt verəydilər. Bu epizod istədiyim kimi alınmayıb. Hər dəfə baxanda buna görə məyus oluram... O epizod çəkiləndə kənardan bəzi artıq-əskik sözlər eşitdim, belə hallar isə hər bir aktyoru əndazədən, tarazlıqdan çıxara bilər. Bəlkə də bu, mənə mane oldu. Həmin kəslər rəhmətə gediblər, ona görə adlarını çəkməyəcəm".

"Sanki səhnəmizin tarixi yazılıb"

Filmin quruluşçu rəssamı Rafiz İsmayılov:

"Mən bir çox rejissorlarla işləmişəm. Filmin hazırlıq dövründə müzakirələr zamanı müəyyən bir epizodun fərqli bir məkanda çəkilməsi zərurəti yaranır. Bu filmdə ssenari müəllifi ilə quruluşçu rejissorlardan birinin eyni adam, yəni Anarın özü olması sayəsində heç bir fikir ayrılığı yaranmadı. Məkandan söz düşmüşkən, Kəbirlinskinin evi Axundov bağının yanındakı binaların birinin mənzilində çəkilib. 

Həm də rollara dəvət edilmiş aktyorların sayəsində indi bu filmi teatr və kino sənətimizin ensiklopediyası kimi nəzərdən keçiririk. Çünki həm gənc, həm də digər yaş nəslinə mənsub aktyorların qüvvəsindən çox məqsədəuyğun istifadə edilib. Sanki səhnəmizin tarixi yazılıb. Eyni zamanda elə bil ki, film bu gün çəkilib. Sənətkarlarımızın qüdrəti bu gün də bizi laqeyd qoymur... Həsənağa Turabov o rolda çəkiləndə cəmisi 40 yaşındaydı, amma görün, 60 yaşlı adamı necə inandırıcı canlandırıb..."

"Özümü bağışlamıram ki..."


Xəbərə aid video


Xəbərə aid fotolar