Hazırda dünyada 35 milyon insan...


Digərləri 21 Sen 2018 21:27:00 283 0

Hazırda dünyada 35 milyon insan...

Hər il sentyabrın 21-i Beynəlxalq Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü kimi qeyd edilir. Həmin gün 1994-cü ildə xəstəliyin araşdırılması və onun inkişafının ləngidilməsi ilə məşğul olan təşkilatın təşəbbüsü ilə təsis edilib. Xəstəlik ilk dəfə alman psixiatrı Alois Altsheymer tərəfindən 1906-cı ildə aşkar edilib.

Bu, əsasən 65 yaşdan sonra inkişaf edən problemdir. Lakin xəstəliyə bəzi hallarda daha erkən yaşlarda da rast gəlmək olar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hələ qədim Misirdə elm adamları yaşlılıqla əqli zəiflik arasında əlaqənin olduğunu bildiriblər. Lakin xəstəlik XX əsrin əvvəllərində sübut edilib.

Altsheymer normal qocalıq əlaməti olan düşünmə qabiliyyətinin pozulması prosesini sürətləndirərək inkişaf edən və ya xroniki patologiya halına gətirən problemdir. Xəstəlik zamanı danışıq, düşünmə, qavrama, anlama, hesablama, tanıma kimi qabiliyyətlər tədricən zəifləyir.