Üç ölkənin sərhədində DƏHŞƏTLİ HADİSƏ: 400dən çox insan... FOTO


Dünya 21 Sen 2018 21:31:00 216 0

Üç ölkənin sərhədində DƏHŞƏTLİ HADİSƏ: 400dən çox insan...  FOTO

Şərqi Afrikada Tanzaniya, Keniya və Uqandanın sərhədində yerləşən Viktoriya gölündə baş verən gəmi qəzası nəticəsində bu günə qədər ən azı 42 cəsəd çıxarılıb.

Son.az xəbər verir ki, 200-dən çox insan itkin düşüb.

Hadisə vaxtı gəmidə neçə sərnişinin olduğuna dair məlumat yoxdur. Gəmi ilə birlikdə sərnişinlərinin siyahısının da yer aldığı kitabça batıb. Tanzaniya tərəfindəki Ukora ve Bugolora adaları arasında sərnişin daşıyan gəmidə bəzi iddialara görə, 400-ə yaxın adam olub.

Xilasedicilərdən başqa, yüzlərlə könüllü itkin düşənlərin axtarışına çıxıb.


Xəbərə aid fotolar