Rza Zərrabın NyuYorkdakı lüks həyatı


Dünya 21 Sen 2018 21:16:00 246 0

Rza Zərrabın NyuYorkdakı lüks həyatı

2016-cı ildə həbs edilən iş adamı Rza Zərrab Nyu-Yorkda daha bir görüntüsü yayılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, biznesmenin ötən həftə görüntüləndiyi restoranın yaxınlığındakı lüks hoteldə qaldığı ortaya çıxıb.

Başqa adla rezervasiya edilən Zərrab qapıda gözləyən Vaşinqton nömrəsi ilə olduğu bahalı avtomobilinin önündə görüntülənib.

Müxbirlərin olduğunu görən zərrab sürətlə uzaqlaşaraq otelə qaçıb. Onunla yanaşı gəzən şəxsi mühafizəçisinin olması da diqqət çəkib.

Öncə avtomobili parkinqə gətirən sürücü 2 saat sonra maşını qapıya sürüb və əşyaları baqaja yükləyib.